
Fələstin Azadlıq Təşkilatı Ermənistanın Fələstin dövlətini tanımasını alqışlayıb. “Armenpress”in məlumatına görə, bu barədə Fələstin Azadlıq Təşkilatının İcraiyyə Komitəsinin katibi Hüseyn əş-Şeyx özünün X səhifəsində yazıb.
“Biz dost Ermənistanın Fələstin dövlətini beynəlxalq hüquqa uyğun olaraq tanımasını alqışlayırıq. Bu, qanunun, ədalətin, legitimliyin qələbəsidir, Fələstin xalqının azadlıq və müstəqillik mübarizəsinin qələbəsidir. Sağ olun, dost Ermənistan”, – Əş-Şeyx yazıb.







