
İsrailin Ynet mediası yazır ki, Ermənistan hökumətinin Fələstin dövlətini tanımaq qərarı İsraili təəccübləndirmədi.
Üstəlik, bəziləri iddia edirdilər ki, Ermənistanın keçmiş Sovet İttifaqının digər ölkələri kimi Fələstin dövlətini hələ də tanımaması qəribədir.
KİV-in məlumatına görə, İsrail Təhlükəsizlik Şurası Fələstin dövlətini tanıyan bütün ölkələrlə münasibətlərin səviyyəsinin aşağı salınması imkanlarına baxmağı təklif edib.
Bundan əlavə, agentlik bu ölkələrin İsraildəki diplomatik nümayəndəliklərinin bağlanmasını və ya məhdudlaşdırılmasını tövsiyə edib. Nəticədə bu mövzu ətrafında müzakirələrin davam etdirilməsi qərara alınıb.
Bundan əvvəl Ermənistan Xarici işlər nazirliyi Fələstin dövlətinin rəsmi tanınması ilə bağlı bəyanat yayıb. Bununla bağlı Fələstin Muxtariyyəti, HƏMAS qrupu, Türkiyə, Qətər, İordaniya, Səudiyyə Ərəbistanı, Livan, Misir, İraq, Oman və Körfəz Ərəb Əməkdaşlıq Şurası artıq öz yüksək qiymət və minnətdarlıqlarını bildiriblər.
Eyni zamanda İsrail bildirib ki, Ermənistanın Fələstin dövlətini tanıması “HƏMAS və digər Fələstin qruplaşmalarının terrorçuları və qatillərinə verilən mükafatdır” və İsrail ilə Ermənistan arasında münasibətlər üçün uzunmüddətli ciddi nəticələrə səbəb olacaq. Bundan əlavə, İsrail Xarici işlər nazirliyi Ermənistanın bu ölkədəki səfirini çağırıb. Bəyanatda qeyd olunur ki,Yerevan diplomatik missiyasının rəhbəri “sərt töhmət vermək üçün” dəvət edilib







