
Avropa Birliyi Rusiyaya qarşı 14-cü sanksiyalar paketi çərçivəsində 19 Çin və 9 Türkiyə şirkətinə qarşı anti-Rusiya məhdudiyyətlərindən yayındığı iddiası ilə çəkindirici tədbirlər tətbiq edib.
Bu barədə Brüsseldə jurnalistlərə Avropa Birliyinin yüksək vəzifəli nümayəndəsi bildirib.
Onun sözlərinə görə, o cümlədən Çindən 19, Türkiyədən 9, Hindistandan 1 təşkilat, Qazaxıstandan 1 şirkət qara siyahıya düşüb.







