
Aİ-nin Ermənistandakı missiyasının Facebook səhifəsində deyilir ki, Böhranların İdarə Edilməsinin Mülki Aspektləri Komitəsinin nümayəndələrini qəbul etmək şərəfdir.
“Nümayəndələr missiyanın şəxsi heyəti ilə görüşüb və EUMA-nın işi və yerlərdəki vəziyyətlə daha yaxından tanış olmaq üçün Qoris şəhəri, Xaçik və Yerasx kəndlərində patrul turlarına qoşulublar”, – məlumatda deyilir.







