
Ermənistan təkcə ABŞ və Avropa Birliyi ilə deyil, dünyanın müxtəlif ölkələri ilə də əlaqələri genişləndirir. Bu barədə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Gələcəyin qurulması” adlı APRI Forum 2024-də məlumatlandırıb.
“Bəli, biz Qərblə əlaqələri genişləndiririk. Biz Avropa Birliyi, ABŞ ilə əlaqələri genişləndiririk.Bununla belə Hindistanla da ilk növbədə təhlükəsizlik sahəsində əlaqələri genişləndiririk.
Biz Birləşmiş Ərəb Əmirlikləri və Yaxın Şərqin bir çox başqa ölkələri ilə iqtisadi əlaqələrimizi şaxələndiririk. Ona görə də müxtəlif tərəfdaşlarla əməkdaşlıq bizim üçün əsasdır.
Və biz təkcə Qərbdə deyil, dünyanın müxtəlif yerlərində əməkdaşlığa böyük maraq görürük. Bu isə çox vacibdir” – deyə Armen Qriqoryan bildirib.
“Ermənistanın ABŞ və AB-dən, xüsusən də tərəfdaş kimi nə istəyir” sualına Təhlükəsizlik Şurasının katibi cavab verib ki, Ermənistan ABŞ və AB-dən tərəfdaşlıq istəyir.
“Bizim məqsədimiz daha sabit regiona sahib olmaq, güclü Ermənistana sahib olmaq, çiçəklənən Ermənistana sahib olmaq, Ermənistanın ərazi bütövlüyünü və suverenliyini qorumaq, demokratiyamızı qorumaqdır.
Bunlar xarici siyasətimizin və təhlükəsizliyimizin şaxələndirilməsinin məqsədləridir. Və mən deyərdim ki, dünyaya dönüş edirik” – deyərək Qriqoryan yekunlaşdırıb.







