
Gürcüstan tərəfi hər zaman Ermənistan və Azərbaycan arasında konstruktiv kommunikasiyaya yardım etməyə hazırdır. Bu barədə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili məlumat verib.
“Biz dəfələrlə sübut etmişik və bir daha qeyd etmək istəyirəm ki, Gürcüstan həmişə Cənubi Qafqazda dinc əməkdaşlığın və birgəyaşayışın tərəfdarı olub. Biz hər zaman tərəflər arasında konstruktiv ünsiyyəti təşviq etməyə və qarşılıqlı faydalı əməkdaşlıq istiqamətində konkret addımlar atmağa hazırıq”, – deyə Darçiaşvili Tbilisiyə rəsmi səfərə gəlmiş azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.







