
İndi Cənubi Qafqazda sabitliyin və hətta rifahın yeni dövrünü açmaq üçün unikal imkan var, baxmayaraq ki, bu, Rusiyanın xoşuna gəlməyəcək.
Bu haqda Hudson İnstitutunun baş elmi işçisi Luke Coffin “Ermənistan və Azərbaycan sülh həddindədirmi? mövzusunda ABŞ-ın Atlantik Şurasında keçirilən müzakirə zamanı Rusiyanın Ermənistan və Azərbaycanla bağlı məqsədləri nədən ibarətdir?-suala cavab verərkən qeyd edib.
“Rusiya bu regionu öz təsir zonası hesab edir. O, dondurulmuş münaqişələrdən, istər Gürcüstandakı Abxaziya, istərsə də Qarabağ və yeddi qonşu rayondan, regionda öz təsirini maksimuma çatdırmaq üçün istifadə edir”.
Koffinin fikrincə, ABŞ nəinki Ermənistanla Azərbaycan, hətta Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına kömək etmək, hamını danışıqlar masası arxasına çəkmək, münasibətləri normallaşdırmaq üçün hər şeyi etməlidir, çünki bu, bu ölkələrin insanlarının maraqlara uyğundur..
Onun sözlərinə görə, Ukraynadakı çətinliklərə görə Rusiyanın Cənubi Qafqazda təsiri zəifləyir və bu, ABŞ və AB üçün yaxşı fürsətdir.
“Düşünürəm ki, Rusiyadan Ermənistana, xüsusən də Paşinyana qarşı təhdidlərin əksəriyyəti hibrid xarakter daşıyacaq”- deyə o, qeyd edib.







