
İranın Ermənistandakı səfiri Mehdi Sübhani Ermənistanın Fələstin dövlətini tanımasına reaksiya verib.
O bildirib ki, İran Ermənistanın Fələstin dövlətini tanımasını və Fələstin xalqına yardım göstərməsini alqışlayır:
“Ermənistanın atdığı bu cəsarətli addım beynəlxalq ictimaiyyətin Fələstin xalqının hüquqlarına əhəmiyyət verdiyini və bu hüquqların pozulmasına qarşı olduğunu nümayiş etdirir”.
Sübhani Fələstini və xalqını dəstəkləyən ölkələrin həqiqətin tərəfində olduğunu vurğulayıb.
“Fələstin xalqını və onun hüquqlarını dəstəkləyən ölkələr tarixin doğru tərəfindədirlər. Sionist rejimin törətdiyi cinayətlər dünyaya məlumdur. Kim onlar haqqında susursa, sionist rejimin törətdiyi cinayətlərin iştirakçısıdır”,-deyə səfir vurğuladı.







