BaşlıcaSiyasət

Force Əməliyyatlar Blogu: “Fransa Ermənistana SEZAR ehtiyat hissələrini və 155 mm-lik döyüş sursatı verəcək”

Ermənistan SEZAR artilleriya sistemlərinin onuncu istifadəçisi oldu. Müvafiq qərarı ER Müdafiə naziri Suren Papikyan Eurosatory müdafiə sərgisinə səfəri zamanı bildirib.

Ermənistan 36 özüyeriyən artilleriya sistemi alacaq ki, bu da iki artilleriya batalyonunu təchiz etmək üçün kifayətdir. Bundan əlavə, KNDS şirkəti Ermənistanın Müdafiə nazirliyi ilə hərbi-texniki əməkdaşlıq haqqında müqavilə də imzalayıb.

Forces Operations Blog-un məlumatına görə, müqaviləyə ehtiyat hissələri ilə yanaşı, 155 mm-lik sursat partiyası da daxildir.

Hələ ötən ilin noyabrında bu avadanlığın məhsuldarlığını və Nexter-in 2024-cü ildə yeni istehsalının mümkünlüyünü nəzərə alaraq, bir neçə senator SEZAR artilleriya sistemlərinin mümkün qədər tez çatdırılmasını tövsiyə etmişdi.

Daha çox göstər
Back to top button