BaşlıcaSiyasət

İranda prezident seçkilərini pozmağı planlaşdıran terrorçular həbs olunub

Seçki məntəqələri açılmazdan əvvəl İran ordusunun əsgərləri İranda prezident seçkiləri zamanı terror aktları hazırlayan terrorçuları həbs ediblər. Bu barədə İran İslam Respublikasının daxili işlər nazirinin müavini Məcid Mirəhmədi məlumat verib.

“Terror aktları hazırlayan terrorçular seçkilərdən əvvəl ölkəyə daxil olub, hərbi qulluqçular tərəfindən saxlanılıb və terror hərəkatı tam məğlubiyyətə uğrayıb”, – o vurğulayıb.

Daxili işlər nazirinin müavini qeyd edib ki, cinayətkarlar ölkədə qeyri-sabitlik yaratmaq və insanları seçki qutularına getməyə qorxutmaq məqsədilə terror əməliyyatları təşkil etməyi planlaşdırıblar.

İranın daxili işlər naziri Əhməd Vahidi bildirib ki, seçki məntəqələrində asayiş hüquq-mühafizə orqanının 180 min əməkdaşı tərəfindən təmin olunub.

Daha çox göstər
Back to top button