BaşlıcaİctimaiyyətSiyasət

Metsamot Atom Elektrik Stansiyasında planlı bərpa işləri davam etdirilir

Ermənistan Atom Elektrik Stansiyasında (AES) 2024-cü il üçün planlaşdırılmış profilaktik təmir işləri davam etdirilir və bu işlər müəyyən olunmuş qrafikə uyğun aparılır və avqustun ilk ongünlüyündə başa çatacaq.

AES-dən bildirilib ki, bərpa işləri çərçivəsində stansiyanın istismarının təhlükəsizliyinin artırılmasına yönəlmiş tədbirlər həyata keçiriləcək.

İşlərdə AES-in əsas əməkdaşlarından başqa, “Hayatom”, “Enerqonoroggarant”, “Volt Amper”, “IS ENERGY”, “PROTERM”, “PROMONTAJ” şirkətləri, o cümlədən Rusiyadan, Xorvatiyadan, Çexiyadan və Ukraynadan olan təcrübəli mütəxəssislər də iştirak edir.   

Bərpa işləri başa çatdıqdan sonra sınaq və yoxlamalar nəticəsində verilən müsbət ekspert rəyinə əsasən, AES-in 2-ci enerji bloku Ermənistanın vahid enerji sisteminə qoşulacaq.

Daha çox göstər
Back to top button