BaşlıcaSiyasət

Papa bütün hərbi əsirlərin tezliklə qayıtması üçün dua edib

Ukrayna və Müqəddəs Taxt-Tac Rusiya qüvvələri tərəfindən on ukraynalı hərbi əsirinin azad edilməsini qeyd edərkən, Papa Fransisk bütün hərbi əsirlərin tezliklə öz vətənlərinə qayıtması üçün dua edib.

Bu haqda  Vatikan xəbərləri bildirib.

İyunun 29-da müqəddəs Pyotr və Pavelin bayramı şərəfinə etdiyi “Angelus” duasının sonunda Müqəddəs Ata əsirlərin mübadiləsi çərçivəsində azad edilmiş kahinlərə xüsusi müraciət etdi.

Roma Papası həmçinin burada olanların hamısını bütün əsirlərin evlərinə qayıtması üçün birlikdə dua etməyə çağırıb. Eyni zamanda, müharibədən əziyyət çəkən bacı-qardaşlardan kədərlənərək danışdı.

“Döyüşlər nəticəsində yaralanan və ya təhlükə altında olan bütün insanlar haqqında düşünək” – deyən Papa Allahdan “onları azad etməsini və sülh uğrunda mübarizədə onlara dəstək olmasını” diləyib.

Cümə günü axşam keşişlər İvan Levitski və Boqdan Xeletan Ukrayna ilə mübadilə çərçivəsində səkkiz məhbusla birlikdə Rusiya tərəfindən azad edilib.

Daha çox göstər
Back to top button