Azərbaycan ilin əvvəlindən 19 əsgərini itirib:Hesabat

Xəzər Hərbi araşdırmalar institutu (CDSİ) 2024-cü ilin birinci yarısında Azərbaycanın təhlükəsizlik və müdafiə sahəsinin itkiləri ilə bağlı statistik hesabat dərc edib. Qeyd olunan dövrdə Azərbaycan ordusunun və digər təhlükəsizlik strukturlarının qayıtmaz itkiləri 19 hərbçi təşkil edib.
Hesabatda bildirilir ki, onlardan 17-si qeyri-döyüş şəraitində, 2-si 2023-cü ilin Sentyabrında Artsaxa qarşı həyata keçirilmiş təcavüz zamanı aldığı xəsarətlərdən dünyasını dəyişib.
Qeyri-döyüş itkiləri arasında 5 hərbçi avtomobil qəzasında, 4 nəfər müxtəlif bədbəxt hadisələr nəticəsində, 3 nəfər xəstəlikdən dünyasını dəyişib, 3 nəfər intihar edib, 1 hərbçi “qanunsuz hərəkət” nəticəsində, daha 1 nəfər isə “naməlum səbəblərdən” həlak olub.
Həlak olan hərbçilərdən 17-si müdafiə nazirliyinin bölmələrində, 2-si dövlət sərhəd xidmətində xidmət edib. Ölənlərdən 11-i sıravi hərbçi, 7-si zabit, 1-i isə qizirdir.
2024-cü ilin birinci yarısında ən azı 18 əsgər yaralanıb. Onlardan 15-i yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkib, 1-i zəhərlənib. Erməni tərəfinin açdığı atəş nəticəsində 2 əsgərin yaralandığı bildirilir.
Qeyd edək ki, bundan əvvəl institut 2023-cü ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sahəsinin monitorinqinin nəticələrini dərc edib. Azərbaycan silahlı qüvvələrinin ən azı 260 əsgərini itirdiyi bildirilir. Onlardan 212-si döyüş, 48-i qeyri-döyüş itkiləridir.







