
Ermənistan Respublikası Xarici işlər nazirliyinin sözçüsü Ani Badalyan Ermənistan və Türkiyə nümayəndələrinin Marqarada görüşü ilə bağlı medianın qaldırdığı sualdan danışıb.
– İyulun 2-də Marqarada Ermənistan və Türkiyə nümayəndələrinin görüşünün planlaşdırıldığı barədə məlumat var. Təsdiq edə bilərsiniz?
Ermənistan və Türkiyə arasında münasibətlərə dair məsələlər üzrə xüsusi nümayəndələrin görüşünün vaxtı barədə razılıq əldə edildikdən sonra ictimaiyyətə vaxtında məlumat veriləcəkdir.







