BaşlıcaSiyasət

Rusiyanın “Русснефть” şirkəti öz Azərbaycandakı aktivlərindən çıxıb

Rusiyanın “Русснефть”(Russneft) şirkəti neft şirkətinin filiallarının yenilənmiş siyahısına əsasən, Azərbaycandakı aktivlərinə nəzarət edən şirkətləri öz strukturundan çıxarıb.

“İnterfaks” xəbər verir ki, sənəd Azərbaycan dövlət neft şirkəti ilə Hasilatın pay bölgüsü üzrə sazişin  bir sıra layihələrində iştirak edən şirkət ilə GEA Holdings Ltd. arasında əlaqəni istisna edir. Xüsusilə, GEA vasitəsilə “Русснефть” “Apşeron”, “Binəqədi”, “Neftçala” və “Şirvan” yataqlarının işlənməsində iştirak edib.

Beləliklə, xarici istehsal aktivləri qalmayıb. Şirkətin Azərbaycanda hasilat həcmi ötən illərin hesabatlarında açıqlanmayıb, lakin 2019-cu ildə “Русснефть” təxminən 500 min ton neft hasil etmək niyyətində olduğunu bəyan edib.

Daha çox göstər
Back to top button