BaşlıcaSiyasət

Aİ ilə tərəfdaşlıq Ermənistanın dayanıqlığını artırır: Armen Qriqoryan

Diversifikasiya həm iqtisadi, həm də təhlükəsizlik baxımından Ermənistanın dayanıqlılığı üçün çox vacibdir. Bu barədə iyulun 3-də Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

“Mən hesab edirəm ki, “Şərq Tərəfdaşlığı” uğurludur və onun çoxlu müsbət nəticələri var. 15 il əvvəl Şərq Tərəfdaşlığı yaradılanda postsovet ölkələri bir-birinə çox oxşayırdısa, 15 il ərzində onlar çox böyük dəyişikliklərə məruz qalıblar və bəlkə də əsas tələb odur ki, bütün bu üzv dövlətlərə fərdi yanaşma olmalıdır”, – Qriqoryan bildirib.

Onun sözlərinə görə, Şərq Tərəfdaşlığı Ermənistana dayanıqlıq istiqamətində kömək edir.

“Diversifikasiya həm iqtisadi, həm də təhlükəsizlik baxımından ER dayanıqlığı üçün çox vacibdir. Demokratiya Ermənistanın dayanıqlığını mütləq artırır. Demokratiya Ermənistanın təhdidlərinə qarşı dura biləcəyi əsas vasitələrdən biridir. Demokratiya daxili təhlükəsizlik baxımından da çox önəmlidir. Biz əminik ki, demokratiya daxili təhlükəsizliyə, iqtisadi inkişafa, demokratikləşməyə, korrupsiyaya qarşı mübarizəyə kömək edir və bu da öz növbəsində böyük nəticələr verir”.

Daha çox göstər
Back to top button