
Futbol üzrə Türkiyə milli komandasının mərkəz müdafiəçisi Merih Dəmiral Avropa çempionatının 1/8 finalında Avstriya ilə oyunda vurduğu qolu qeyd edərkən, ifrat millətçi “Boz Qurdlar” təşkilatının jestini nümayiş etdirib. “Armenpress”in məlumatına görə, müxtəlif qurumlar və sosial şəbəkələrdə istifadəçilər futbolçunun diskvalifikasiyasını tələb edirlər.
Kürdüstanın Amerika Dostları təşkilatının həmtəsisçisi Diliman Abdulkader öz X səhifəsində qeyd edib: “Türkiyə millisinin futbolçusu Merih Dəmiral qolunu qeyd edərkən göstərdiyi faşist və irqçi işarəyə görə Avro-2024-ün sonuna qədər futboldan kənarlaşdırılmalıdır”.







