
“Atlantic Council” tədqiqat mərkəzinin ekspertləri “Rifah indeksi”ni təqdim ediblər. Hesabatda əsas diqqət ölkələrin sakinlərinin rifah səviyyəsinə yönəlib.
Reytinq müəllifləri səhiyyə və təhsilin səviyyəsi, cəmiyyətdəki bərabərsizlik və azlıqların mövqeyi kimi meyarları nəzərə alıblar.
Rifah indeksinə əsasən, Ermənistanda orta göstərici 100-dən 72,2, Azərbaycanda 67,7 (orta indeks), Gürcüstanda 75, Rusiyada isə 70,7 olub.







