
Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə tənzimləməyə hazırdır. Bu barədə xarici işlər naziri Ararat Mirzoyan Tbilisidə gürcüstanlı həmkarı ilə birgə mətbuat konfransında bildirib.
Ermənistan əvvəlki kimi qonşuları ilə münasibətlərin tənzimlənməsində maraqlıdır və əməli səylər göstərir” – deyə nazir bildirib.
“Biz Türkiyə ilə münasibətləri tam şəkildə tənzimləməyə, əlaqələr qurmağa, Türkiyə ilə sərhədi açmağa hazırıq və bu kontekstdə artıq əldə edilmiş razılaşmaları həyata keçirməyə hazırıq” – deyən Mirzoyan Ermənistanın Türkiyə ilə sağlam dialoq apardığını bildirib.
Xatırladırıq ki, qeyri-rəsmi məlumata görə, iyulun 2-də sərhəddə Ermənistan və Türkiyə nümayəndələrinin görüşü planlaşdırılıb.
Lakin son anda Türkiyə tərəfi görüşdən imtina edib. Həmin gün Azərbaycan Yerevanın qarşısında bir neçə tələb irəli sürdü ki, bu da Ankaranın görüşdən imtina etməsinə səbəb ola bilər.







