BaşlıcaSiyasət

TŞ katibi: “Ermənistanın özünəməxsus xüsusiyyətləri var. KTMT üzvü olmaqla Fransadan silah alır”

Biz 2018-ci ildən bəri korrupsiyaya qarşı mübarizədə böyük irəliləyiş əldə etmişik, lakin hazırda görürük ki, müəyyən irəliləyişə nail olmaq üçün əlavə səylərə ehtiyac var.

Bu barədə, iyulun 3-də “ER -Şərq Tərəfdaşlığı-AB. Tərəfdaşlığın çağırışları və imkanları”  mövzusuyla Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan müzakirə zamanı bildirib.

“TŞ aparatı 24-dən çox hesabatı izləyir, bu hesabatlarda qaldırılan bütün məsələlər bizim gündəliyimizdədir, bu, strategiya, qanun, siyasət səviyyəsində olacaq.

 Yəni, demək olar ki, elə bir məsələ yoxdur ki, beynəlxalq hesabatlarda müzakirə olunsun və ER hökumətinin gündəmində olmasın.

Problem bəzən onların həyata keçirilməsidir. Burada əlavə səylərə ehtiyacımız var.

Ermənistanın özünəməxsus xüsusiyyətləri var. Ermənistan KTMT-nin üzvü olmaqla Fransadan silah alır və Avropa sülhməramlı alətindən istifadə üçün müraciət edir.

Bu baxımdan biz irəliləməyə davam edirik, əminəm ki, Ermənistanın imkanları çox böyükdür və biz bu imkanlardan istifadə edərək irəli gedə bilərik” – deyərək TŞ katibi bildirib.

Daha çox göstər
Back to top button