
Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin Facebook səhifəsindən məlumatlandırılıb
“Ermənistana səfəri zamanı ABŞ Helsinki Komissiyası, Senatın Xarici Əlaqələr Komitəsi və Senatın Silahlı Qüvvələr Komitəsinin nümayəndələrindən ibarət ABŞ Konqresinin nümayəndə heyəti Vayot Dzorda olub.
Burada AB mülki missiyasının nümayəndələri ilə görüşüb və Azərbaycan sərhədində vəziyyətlə bağlı məsələni müzakirə ediblər”- deyə məlumatda deyilir.







