
Azərbaycanın hakimiyyət orqanları həm COP29 tədbirləri çərçivəsində, həm də ondan kənarda fundamental insan hüquqlarının qorunmasını və hörmətini təmin etməlidir. Bu barədə Amnesty International hüquq müdafiə təşkilatı yazır.
“Bura söz azadlığı və dinc toplaşmaq hüquqları daxildir. Bu, xüsusilə vacibdir, çünki Azərbaycan hakimiyyəti tənqidi mütəmadi olaraq sıxışdırır və son zamanlar müxalif fikirlərə qarşı repressiyaları gücləndirir, jurnalistləri, hüquq müdafiəçilərini və iqlim fəallarını həbs edir.
Biz Azərbaycanı hakimiyyət tərəfindən haqsız yerə həbs edilən bütün şəxsləri azad etməyə çağırırıq” – deyə bəyanatda qeyd olunur.
Hüquq müdafiə təşkilatı Azərbaycanda dəfələrlə insan haqlarının kobud şəkildə pozulmasını xatırladıb.







