
İyulun 9-da ER müdafiə naziri Suren Papikyan İran İslam Respublikasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhanini qəbul edib. Bu barədə nazir özünün Facebook səhifəsində məlumat yayıb. Görüşdə İranın Ermənistandakı səfirliyinin yeni təyin olunmuş hərbi attaşesi polkovnik Məhəmməd Nəcəfi də iştirak edib.
“Yeni təyin olunmuş hərbi attaşeni təbrik etdim, ona mühüm missiyasında uğurlar arzuladım. Keçmiş hərbi attaşe, polkovnik Bəhmən Sadiqinə səmərəli əməkdaşlığa görə təşəkkür etdim. Biz müdafiə sahəsində Ermənistan-İran əməkdaşlığı, eləcə də regional təhlükəsizliklə bağlı məsələləri müzakirə etdik”, – Papikyan qeyd edib.







