BaşlıcaEkonomika

Dünya Bankı: “Dünyanın ən böyük iqtisadiyyatları reytinqində Ermənistan 113-cü yeri tutub”

Dünyanın ən böyük iqtisadiyyatları reytinqində Ermənistan 113-cü yeri tutub. Bu barədə Dünya Bankının hesabatında deyilir.

Hesabata görə, 2023-cü ildə Ermənistanın nominal ÜDM-i 24,2 milyard dollar təşkil edib.

Gürcüstan 108-ci (30,5 milyard dollar), Azərbaycan 83-cü (72,5 milyard dollar), Rusiya 11-ci (2 trilyon dollardan çox), Türkiyə 18-ci (1,1 trilyon dollar), İran 36-cı (401,5 milyard dollardan çox) yerdə qərarlaşıb.

ABŞ 27,4 trilyon dollar nominal ÜDM ilə reytinqin birinci pilləsində, Çin 2-ci (17,8 trilyon dollar), Almaniya 3-cü (4,5 trilyon dollar), Yaponiya 4-cü (4,2 trilyon dollar), Hindistan 5-ci (3,5) yerdədir. trilyon dollar).

İlk onluqda Böyük Britaniya, Fransa, İtaliya, Braziliya və Kanada da yer alıb

Daha çox göstər
Back to top button