
İran tərəfi ER baş naziri Nikol Paşinyanla İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian arasında telefon danışığı ilə bağlı mesaj yayıb.
Qeyd olunur ki, Nikol Paşinyan prezident seçkilərindəki qələbə münasibəti ilə təbrik edib və İranın keçmiş prezidenti İbrahim Rəisi itkisinə görə bir daha təəssüfləndiyini bildirib.
İran tərəfinin məlumatına görə, Pezeşkian da öz növbəsində ER baş nazirinə təbrikinə görə təşəkkür edib. “Ermənistan İranın qonşuları arasında mühüm mövqe tutur, bu ölkə ilə əlaqələr İslam Respublikasının xarici siyasi sistemində çox önəmlidir. İranın Ermənistanla sərhədi qısa olsa da, bu, ümid və dinc həyatın sərhədidir və bizim sizə qarşı prinsipial siyasətimiz pozulmazdır”.
İranın bütün ölkələrin ərazi bütövlüyünə hörmət etdiyini və beynəlxalq sərhədlərin istənilən dəyişikliyinə qarşı olduğunu vurğulayan İslam Respublikasının yeni seçilmiş prezidenti bəyan edib. “Biz Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını dəstəkləyirik və bununla bağlı istənilən yardımı göstərməyə hazırıq”.







