
ABŞ Konqresinin Ermənistanla bağlı komitəsinin üzvləri NATO-nun Vaşinqtonda keçiriləcək sammiti ərəfəsində birgə bəyanat yayaraq, ABŞ prezidenti Co Baydeni Dağlıq Qarabağdakı etnik təmizləməyə görə Azərbaycanı məsuliyyət daşımağa, ermənilərin Dağlıq Qarabağa qayıtmasına şərait yaratmağa və Azərbaycanın davam edən təcavüzü qarşısında Ermənistanın suverenliyini qorumağa çağırıblar.
Konqresmenlər prezident Bayden administrasiyasını Azərbaycanın öz hərəkətlərinin nəticələri ilə üzləşəcəyinə və Dağlıq Qarabağda 120 mindən çox erməniyə qarşı hərbi cinayətlərin, insan haqlarının pozulmasının və etnik təmizləmənin cəzasız qalmayacağını təmin etməyə çağırır.
Qeyd olunur ki, ABŞ Ermənistanın suverenliyini dəstəkləməli və Azərbaycanın təcavüzkar tələblərini rədd etməlidir. “Bu, Azərbaycana hərbi yardımın dayandırılması və sui-istifadə hallarına görə məsuliyyət daşıyan məmurlara qarşı sanksiyaların tətbiqi deməkdir.
Konqresmenlər vurğulayırlar ki, Bayden administrasiyası Azərbaycanın beynəlxalq qanunlara əməl etməsini, o cümlədən erməni hərbi əsirlərin geri qaytarılmasını, mədəni obyektlərin qorunmasını, Dağlıq Qarabağ ermənilərinə dəstək verməsini, onların beynəlxalq hüquq çərçivəsində öz evlərinə qayıtmasını təmin etməlidir.
Konqresmenlər Frank Palon, Qas Bilirakis, Adam Şif və David Valadao bəyanatı imzalayıblar.







