
BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik iyulun 10-da keçirdiyi brifinqdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinin səmərəli olacağına ümid etdiyini bildirib.
“Biz həqiqətən ümid edirik ki, prosesin tənzimlənməsi öz bəhrəsini verəcək. Fikrimcə, Ermənistanla Azərbaycan arasında münasibətlərin yaxşılaşması və bir sıra ikitərəfli məsələlərin həlli təkcə iki ölkəyə deyil, bütün regiona çox müsbət təsir göstərəcək” – deyə BMT Baş katibinin rəsmi nümayəndəsi vurğulayıb.







