BaşlıcaSiyasət

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri sülh müqaviləsi üzərində işi davam etdirmək barədə razılığa gəliblər

Vaşinqtonda keçirilən görüşdə Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov sülh müqaviləsi üzərində işi davam etdirmək barədə razılığa gəliblər. Bu barədə ER Xarici işlər nazirliyi məlumatlandırıb.

“İyulun 10-da NATO-nun yaradılmasının 75-ci ildönümünə həsr olunmuş sammit çərçivəsində  ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı və  təşəbbüslə ER Xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov arasında görüş keçirilib.

Tərəflər sülhün və dövlətlərarası münasibətlərin bərqərar olmasına dair tarixi sazişin bağlanması istiqamətində Ermənistan və Azərbaycanın əldə etdiyi tərəqqini qeyd etdilər və işi davam etdirmək barədə razılığa gəldilər;

Tərəflər görüşə ev sahibliyi etdiyinə görə ABŞ dövlət katibinə təşəkkür ediblər” – deyə Xarici işlər nazirliyinin məlumatında deyilir.

Daha çox göstər
Back to top button