BaşlıcaSiyasət

Gallup sorğusunun nəticələrinə görə, ermənilərin 44,3 faizi hesab edir ki, Ermənistan heç bir güc ittifaqına qoşulmamalıdır

“Gallup İnternational Association”ın Ermənistan nümayəndəliyinin sorğusuna əsasən, vətəndaşların 44,3 faizi hesab edir ki, Ermənistan heç bir güc ittifaqına daxil olmamalı və neytral ölkə olmalıdır.

Bu barədə “Gallup International Association”un Ermənistandakı həqiqi üzvü Aram Navasardyan bildirib.

“Sorğuda iştirak edənlərin 16,9 faizi KTMT-yə üzv olmaqda davam etməli olduqlarını, 29 faizi isə NATO-ya üzv olmaq üçün səy göstərməli olduqlarını bildirib. Əvvəlki sorğu ilə müqayisədə bizdə KTMT ilə bağlı 10 faizdən çox azalma var, NATO-ya üzvlüklə bağlı isə 7 faiz artım var”.

Sorğular iyulun 3-dən iyulun 6-dək aparılıb. Sorğularda 1100 vətəndaş iştirak edib.

Daha çox göstər
Back to top button