
USAİD və ABŞ Ermənistana firavanlıq qurmaqda, demokratiyanı gücləndirməkdə və Azərbaycanla sülh əldə etməkdə kömək etmək öhdəliyi götürür.
Verilən məlumata görə, bu haqda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin meneceri Samanta Pauer mətbuat konfransında bildirib.
“Mən bu gün ona görə buradayam ki, Ermənistan rifah qurmaq, öz demokratiyasını gücləndirmək və insanların uzun müddət arzuladığı sülhə nail olmaq imkanına malikdir.
USAİD və ümumilikdə ABŞ Ermənistana bu fürsət pəncərəsindən maksimum yararlanmaqda kömək etmək öhdəliyi götürür.
2018-ci ildə erməni xalqı ayağa qalxıb dəyişiklik tələb edəndə Ermənistan bundan sonra mühüm irəliləyiş əldə etdi, demokratik islahatları dərinləşdirdi ki, hökumət vətəndaşların ehtiyaclarına daha çox cavab verə bilsin, əvvəllər mümkün olmayan iqtisadi imkanlar yarada və təmin edə bilsin”- deyən Samanta Pauer Ermənistanın regionda iqtisadi artımın liderlərindən biri olduğunu vurğulayıb.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin menecerinin sözlərinə görə, bu gün Ermənistan onilliklərlə davam edən münaqişəyə son qoya biləcək sülh sazişinə yaxındır.
“Ermənistan və Azərbaycan hökumətlərinin nümayəndələri barışıq üçün danışıqları davam etdirirlər. ABŞ Ermənistana bu tarixi məqamdan istifadə etmək üçün əlindən gələni edəcək” – deyə Samanta Pauer yekunlaşdırıb.







