BaşlıcaSiyasət

Bolqarıstan, Yunanıstan və Rumıniya NATO-nun Şərq  budağında  hərbi dəhliz yaradacaq

Bolqarıstan, Yunanıstan və Rumıniyanın müdafiə nazirləri NATO sammiti çərçivəsində alyansın Şərq budağında qoşunların operativ şəkildə köçürülməsi üçün ümumi hərbi   dəhlizinin yaradılmasına dair niyyət məktubu imzalayıblar.

Alınan məlumata görə, bu barədə Yunanıstanın müdafiə naziri Nikos Dendias bildirib.

“Bolqarıstanlı və rumıniyalı həmkarlarım, cənab Atanas Zafrianov və cənab Angel Tilvar ilə birlikdə biz uyğunlaşdırılmış hərbi mobillik dəhlizinin yaradılmasına dair niyyət məktubu imzaladıq” – deyə Yunanıstanın Müdafiə naziri X sosial platformasında bildirib.

O, əlavə edib ki, nazirlər bu layihənin həyata keçirilməsini müzakirə etmək üçün payızda Aleksandrupolis şəhərində görüşəcəklər.

İyulun 8-də Yunanıstanın “Kathimerini” qəzeti yazıb ki, hərbi dəhlizin dörd strateji əhəmiyyətli liman şəhəri – Saloniki, Aleksandrupolis, Varna və Konstantinitanı hərbi şəbəkə ilə birləşdirəcəyi gözlənilir.

O, bloka daxil olan ölkələrin hərbi qüvvələrini “Avropa daxilində və xaricində” sürətlə hərəkət etdirməsinə imkan verməlidir.

İyunun 4-də Britaniyanın “The Daily Telegraph” qəzeti yazıb ki, NATO Rusiyanın NATO ölkələrindən birinə mümkün hücumu halında alyans qoşunlarının sürətlə köçürülməsi üçün bir neçə quru dəhlizi yaratmağı planlaşdırır. Lazım gələrsə, onlar Amerika qoşunlarının Rotterdam limanına endirilməsi və Hollandiya və Almaniya ərazisiylə tez bir zamanda dəmir yolu ilə Polşaya daşınmasını nəzərdə tutan əsas dəhlizi dəyişdirə bilməlidirlər.

Daha çox göstər
Back to top button