BaşlıcaSiyasət

Ermənistan və Avstriya Müdafiə Nazirliyinin nümayəndə heyətləri əməkdaşlığın perspektiv istiqamətlərini müzakirə ediblər

Avstriyanın federal müdafiə nazirinin baş katibi, nazirliyin müdafiə siyasəti üzrə direktoru doktor Arnold Kammelin Ermənistana işgüzar səfəri çərçivəsində ER Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Levon Ayvazyan ilə görüş keçirilib.

Bu barədə ER Müdafiə Nazirliyi məlumat yayıb.

Tərəflər hər iki ölkədə həyata keçirilən islahatların gedişi və prioritetlərini təqdim edib, bu istiqamətlərdə təcrübə mübadiləsi imkanlarını müzakirə ediblər. Müdafiə sahəsində əməkdaşlığın perspektiv istiqamətləri, çoxtərəfli formatlarda əməkdaşlıqla bağlı məsələlərə də toxunulub.

Arnold Kammel Tsitsernakaberd memorial kompleksində də olub və Erməni Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib.

Daha çox göstər
Back to top button