BaşlıcaSiyasət

BRİKS-də Rubinyan: “Ermənistanın ərazi ambisiyaları yoxdur və demarkasiya prosesini davam etdirməyə hazırdır

Ermənistan Respublikası Azərbaycanla sərhədlərin delimitasiyası prosesini davam etdirməyə və qısa müddətdə sülh müqaviləsi imzalamağa hazırdır.

Bu haqda 10-cu BRİKS Parlament Forumu zamanı parlament sədrinin müavini Ruben Rubinyan deyib.

O, qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədinin 12 kilometrlik hissəsi artıq demarkasiya olunub və hər iki tərəfdən sərhəd naryadları sərhədin müvafiq hissələrində yerləşdirilib.

“Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda heç bir ambisiyası yoxdur və sərhədin demarkasiyası prosesinin davam etdirilməsi və qısa müddət ərzində sülh sazişinin bağlanıb imzalanması istiqamətində konstruktiv və intensiv işlər görməyə hazırdır” – deyə Rubinyan bildirib.

O, Ermənistanın nəinki hazır olduğunu, həm də regional infrastrukturu açmaqla beynəlxalq tranzit marşrutlarının bir hissəsi olmaqda maraqlı olduğunu vurğulayıb.

 Parlament sədrinin müavininin sözlərinə görə, şübhəsiz ki, Cənubi Qafqazda iri infrastruktur layihələri təkcə ölkələriylə deyil, regionu formalaşdıran faktora çevrilə bilər.

Cənubi Qafqazda nəqliyyat marşrutlarının bərpası və açılması iqtisadi əlaqələr sisteminin sabit regional modelinin yaradılmasına gətirib çıxarmalıdır” – deyə Rubinyan bildirib.

Bu kontekstdə o, qeyd edib ki, sülh gündəmi və regional inkişaf perspektivi çərçivəsində ER hökuməti tam prinsiplərə əsaslanan bütün regional infrastrukturun kilidini açmaq üçün layihə olan “Sülhün kəsişməsi” layihəsini hazırlayıb.

“Bütün tərəflərin maraqlarını birləşdirməklə, bizim regionda əməkdaşlıq, qarşılıqlı asılılıq və çiçəklənmə üçün ilkin şərtlər yaratmaq üçün tarixi imkanımız olacaq” – deyə  parlamentin sədr müavini   vurğulayıb.

Rubinyan qeyd edib ki, Ermənistan siyasi dialoqun yaxşılaşdırılmasının və beynəlxalq münasibətlərdə sabitliyin artırılmasının tərəfdarıdır.

 Onun sözlərinə görə, Ermənistan bütün maraqlı tərəfdaşlar arasında bərabərhüquqlu və konstruktiv əməkdaşlığın tərəfdarıdır.

Xatırladırıq ki, bu günlərdə Vaşinqtonda Ermənistan və Azərbaycanın Xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun Vaşinqtonda görüşü keçirilib və görüşdə ABŞ dövlət katibi Entoni Blinken də iştirak edib.

Tərəflər sülhün və dövlətlərarası münasibətlərin bərqərar olmasına dair sazişin imzalanması istiqamətində əldə olunan irəliləyişi qeyd edərək, işlərini davam etdirmək barədə razılığa gəliblər.Yerevan  bir daha müqaviləni mümkün qədər tez imzalamağa hazır olduğunu təsdiq edib.

Daha çox göstər
Back to top button