
Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Gürcüstanın Müdafiə naziri İrakli Çikovani qəbul edib.
Gürcüstan Baş naziri aparatının mətbuat xidmətinin verdiyi məlumata görə, Nikol Paşinyan Ermənistan və Gürcüstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib və cənab Çikovaninin səfərinin əhəmiyyətini vurğulayıb.
Nikol Paşinyan Ermənistanın Gürcüstanla çoxsahəli əməkdaşlığın dərinləşdirilməsində və inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.
Baş nazir iki ölkənin müdafiə nazirlikləri arasında tərəfdaşlığı səmərəli qiymətləndirib.
İrakli Çikovani çıxışında Ermənistanın Müdafiə Nazirliyi ilə əməkdaşlığı və onun genişləndirilməsinə yönəlmiş proqramları vurğulayıb.
Həmsöhbətlər müdafiə sahəsində tərəfdaşlığın dərinləşdirilməsi, o cümlədən regional təhlükəsizlik və sabitlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.







