
Baş nazir Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makrona milli bayram münasibətilə təbrik ünvanlayıb. Mesajda deyilir:
“Hörmətli cənab Prezident, hörmətli Emmanuel!
14 iyul milli bayramınız münasibətilə Sizi və qardaş Fransa xalqını erməni xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
235 il əvvəl bu gün dünya tarixşünaslığında təkcə fransız xalqının azadlıq, bərabərlik və qardaşlıq dəyərlərinin aliliyi uğrunda ədalətli mübarizəsi kimi deyil, həm də ümumbəşəri dəyərlərin, insan hüquqlarının qələbəsi və demakratiya günü kimi qeyd olunub..
Erməni Soyqırımından sağ çıxan və Fransaya pənah gətirən bir çox ermənilər bu ümumbəşəri əhəmiyyətə malik yüksək dəyərlərdən ruhlanaraq Fransa, onun azadlığı və tanınmış dəyərləri naminə hətta canlarını belə qurban vermişlər.
Bu kontekstdə mən Fransanın ən yüksək dövlət səviyyəsinə bu ilin fevralında cənazəsi Panteona köçürülən müqavimət hərəkatının qəhrəmanı Misak Manuşyanın da olduğu erməni uşaqlarına verdiyi dəstəyə görə təşəkkür etmək istərdim.
Biz iki dövlətimiz arasında əsrlərin sınağından çıxmış səmimi dostluğa, o cümlədən sivilizasiyanın və dəyərlərin möhkəm təməllərinə söykənən xüsusi münasibətləri yüksək qiymətləndiririk.
Yüksək səviyyəli sıx siyasi dialoq və bütün sahələrdə dinamik inkişaf edən əməkdaşlıq bu münasibətlərin mahiyyətini və məzmununu təsdiq edir ki, bu da dövlətlərimiz arasında strateji əməkdaşlığın inkişaf etdirilməsi yollarını müəyyən etməyə imkan verir.
Ermənistanın üzləşdiyi çətinliklərin öhdəsindən gəlməkdə qətiyyətli öhdəliyinizə və erməni xalqının yanında olmaqda bilavasitə rolunuza və regionumuzda uzunmüddətli sülh və sabitliyə nail olmaq üçün davamlı səylərinizə görə xüsusi təşəkkürümü bildirmək istərdim.
Fürsətdən istifadə edərək, bu ilin sentyabrında sizi Ermənistana dövlət səfərinə dəvətimi qəbul etməyi bir daha təsdiq edirəm.
Sizi bir daha təbrik edir, Fransanın birliyini və qəhrəmanlıq tarixini simvolizə edən sülh, inkişaf və firavanlıq günü münasibətilə Sizə olan ən dərin ehtiramımı qəbul edin.
Qardaşcasına Nikol Paşinyan”.







