
NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina “Amerikanın səsi”nin erməni xidmətinin Ermənistan-Azərbaycan prosesi və NATO-nun buradakı rolu ilə bağlı suallarını cavablandırıb.
Gürcü Xidmətinin jurnalisti Ani Çxikvadzenin müsahibəsi. “Amerikanın səsi”:
Sual – “Müsahibəyə görə çox sağ olun. Ermənistanla bağlı mənim erməni həmkarlarımdan icazənizlə bir sualım var,
Biz bilirik ki, siz Ermənistan və Azərbaycan rəsmiləri ilə görüşmüsünüz. İki ölkə arasında davam edən sülh prosesində NATO-nun rolu nədir?”
Cavab Xavyer Kolomina: – “Biz nizamlanma prosesini dəstəkləyirik və bunu elə əvvəldən də demişik. Biz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini, sülh danışıqlarını və onlar arasında uzunmüddətli sülh sazişinin bağlanmasını qətiyyətlə dəstəkləyirik.
Bu günlərdə mən Ermənistan və Azərbaycanın Xarici işlər nazirləri ilə əlaqə saxladım. Biz prosesin əsas vasitəçiləri olan Avropa Birliyi və ABŞ-ın səylərini dəstəkləyirik.
Biz tərəfdaşlarımızı doğru yola yönəltməyə çalışırıq. Bizim üçün düzgün yol münasibətləri tənzimləməkdir, çünki bu, Qafqaza sabitlik gətirəcək”.
“Biz Yerevanla Bakı arasında münasibətlərin normallaşmasının qəti tərəfdarıyıq.
Sual: – “Daha bir sual, NATO-nun regionda maraqları nədir?
Cavab: – “Qafqazın Qara dəniz regionuna birbaşa təsiri var. Və dediyimiz kimi, Madridin strateji konsepsiyasında Qara dəniz [NATO üçün] strateji maraq kəsb edən bölgədir.
Ona görə də regionda sabitliyin olması bizim marağımızdadır, çünki regionun qeyri-sabitliyi bizə təsir edir”.
Sual: – “Lakin Qarabağ məsələsinin həllində heç bir rol oynamadığınızı demək olar. Bəs siz Ermənistan-Azərbaycan prosesində irəliləyiş görürsünüzmü? Bu sülh prosesi davam edir. Tərəflərin razılığa yaxın olduğuna dair əlamətlər görürsünüzmü?
Cavab: – “Mən müsbət düşünən insanam. Onların əldə etdikləri irəliləyiş ümidvericidir. Bu barədə bu günlərdə Xarici işlər nazirləri mənə məlumat verdilər. Dövlət katibi Blinkenin iştirakı ilə [tərəflər arasında] üçtərəfli görüş keçirilib.
Belə ki, irəliləyiş olduğuna inanıram. Bizi hara aparacağını bilmirəm. Amma biz imkan daxilində prosesə dəstək verməyə davam edəcəyik.Təşəkkür edirəm”.
Mətn factor.am-ə məxsusdur.







