
Britaniyanın “Express” qəzetində BMT-nin “Qlobal kompakt” sazişinin keçmiş vitse-prezidenti Pol Polmanın aşağıda tərcümə olunmuş məqaləsi dərc olunub.
“Uğurlu iş adamı və xeyriyyəçi Ruben Vardanyan ötən ilin sentyabrında Azərbaycan hakimiyyəti tərəfindən ələ keçirilib, sonra isə qanunsuz olaraq həbs edilib.
Həmin gündən Vardanyan digər 22 erməni ilə birlikdə Azərbaycan hakimiyyəti tərəfindən qanunsuz olaraq girovluqdadır. onlara lazımi prosedurdan və müstəqil beynəlxalq hüquqi məsləhətdən, eləcə də ziyarətçilərdən, lazımi qida və tibbi xidmətdən məhrum ediliblər və bu yaxınlarda ortaya çıxdığı kimi, dəhşətli qəddarlıqla rəftar edilib.
Azərbaycan hökumətinin əsirliyində olan 23 nəfər arasında səkkiz siyasi lider və Dağlıq Qarabağın günahsız vətəndaşları da var.
Heç təəccüblənmək lazım deyil. Azərbaycan insan haqlarına, beynəlxalq hüquqa hörmət etməyən ölkədir. Həmin ölkə Freedom House təşkilatı tərəfindən 100 baldan 7 bal toplayıb.
2003-cü ildən, İlham Əliyev prezidentliyi atasından miras aldıqdan sonra korrupsiya çiçəkləndi, vətəndaş azadlıqları eroziyaya məruz qaldı və siyasi müxalifət əzildi, ifadə azadlığına və vətəndaş fəallığına yer qalmadı.
Jurnalistlər təqiblərə, şantajlara, rüşvətxorluq cəhdlərinə məruz qalırlar. müqavimət göstərsələr, həbsxanaya düşərlər. Ölkəni tərk edənlərin ailələri təqib olunur.
Ruben Vardanyan Azərbaycan ordusu Azərbaycanla Ermənistan arasında mübahisəli ərazi olan Dağlıq Qarabağa göndərilərkən əsir götürülüb. Dağlıq Qarabağda o, yerli erməni əhalisini yaxınlaşan zorakılıqlardan qorumağa çalışırdı. Yerli əhalini ərzaqdan, yanacaqdan və əsas tibbi ləvazimatlardan məhrum edən on ay davam edən ümumi blokadadan sonra Azərbaycan 100 mindən çox ermənini evlərini tərk etməyə, mülklərini tərk etməyə və qaçmağa məcbur edir. Çoxları bunu soyqırım adlandırıb.
Ruben bacarıqlı və fədakar biznes lideridir. O, özünü bir sıra xeyriyyə işlərinə həsr etmişdir: məktəblər, kolleclər və dünyada fövqəladə humanitar işlər görən şəxslərə verilən Aurora Humanitar Mükafatı (və mən İdarə Heyətinin üzvüyəm).
İndi beynəlxalq ictimaiyyətin Vardanyanın, eləcə də Bakıda qanunsuz saxlanılan digər erməni məhbusların qanunsuz həbsinə münasibət bildirmək imkanı var. Azərbaycanın törətdiyi təcavüzdən cəmi bir il sonra, bu ilin noyabrında bu ölkə paytaxtı Bakıda COP29 BMT-nin İqlim Dəyişikliyi Sammitinə ev sahibliyi etməyə hazırlaşır. Bunlar ilin ən böyük beynəlxalq iqlim danışıqlarıdır.
Bakının ev sahibi şəhər kimi seçilməsi artıq çox mübahisəlidir. Bu ölkənin ÜDM-nin az qala yarısı və ixrac gəlirlərinin 90 faizi neft və qaz hasilatından əldə edilir. Ölkə prezidentinin iqlim dəyişikliyi ilə mübarizədə və ya tullantıların azaldılmasında ciddi marağı yoxdur. Və həqiqətən də, bu ilin əvvəlində Prezident Əliyev növbəti onillikdə qaz hasilatını üçdə bir artırmaq istədiyini söylədi və açıq şəkildə bildirdi ki, COP29-a ev sahibliyi etmək onları “Allah tərəfindən verilən” qaza investisiya etməkdən çəkindirməyəcək.
Həmin ölkənin hökumətinin nümayəndələri bu sammitin “Sülh Sammiti” olmasını istədiklərini iddia edirlər. Bu da o haldadır ki, onların qonşu ölkəni işğal etməsindən bir il keçməyib və hələ də ədalətli sülh sazişinin qəbuluna nail olmayıblar və bu istiqamətdə hərəkət etmək üçün real niyyət nümayiş etdirməyiblər. Azərbaycan siyasi məhbusları saxlamağa davam edir və insan haqlarının vəziyyətini yaxşılaşdıra bilmir. Bir neçə gün əvvəl [4 iyul] Amnesty İnternational BMT-ni Azərbaycan hakimiyyətinin COP-də iştirak edən bütün şəxslərin ifadə və dinc toplaşmaq azadlığının beynəlxalq hüquqlarını qorumasını təmin etməyə çağırıb.
Avropa Parlamentinin üzvləri açıq şəkildə boykota çağırıblar. Dünyada getdikcə daha çox hökumət Azərbaycanın davranışına öz qəzəbini ifadə edir. Böyük Britaniyanın yeni təyin olunmuş xarici işlər naziri Devid Lemminin də insan hüquqlarına sadiqliyini nəzərə alaraq, bu artan “səslərə” öz səsini əlavə edəcəyinə ürəkdən ümid edirəm. BMT Azərbaycandan COP29 sammitinə qədər bütün erməni məhbusları azad etməyi tələb etməli, həmçinin gələcək ev sahibi ölkələrin seçilməsi prosedurunu nəzərdən keçirməlidir”.
Pol Polman sonda hər kəsin bu istiqamətdə addım ata biləcəyini vurğulayır. “Siz Azərbaycanın Böyük Britaniyadakı səfiri İlon Süleymanova, London, 66 Holland Park ünvanına yazaraq ölkəsindən siyasi məhbusları və girovları dərhal azad etməyi tələb edə bilərsiniz. Siz həmçinin Free Armenian Prisoners saytında öz dəstəyinizi göstərə və kampaniyanı sosial şəbəkələrdə izləyə bilərsiniz.







