
Bütün çağırışlardan asılı olmayaraq, Ermənistan davamlı inkişaf məqsədlərinə və güclü demokratik təsisatlar qurmaqla öz xalqı üçün real dəyişikliklərin həyata keçirilməsinə sadiq qalır. Bunu Nyu-Yorkda BMT-nin davamlı inkişaf üzrə yüksək səviyyəli siyasi konfransında ER xarici işlər naziri Ararat Mirzoyan deyib. Bu barədə ER Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Biz də digər ölkələr kimi qlobal epidemiyadan qurtulmağa çalışarkən, buna paralel olaraq genişmiqyaslı müharibə, Ermənistana qarşı təcavüz, Dağlıq Qarabağa blokada və etnik təmizləmə nəticəsində 115 minə yaxın erməninin axını Ermənistanın davamlı inkişafı məqsədlərinə çatmaq üçün səylərimizi ciddi şəkildə təhlükə altına qoydu. Bununla belə, bütün çağırışlardan asılı olmayaraq, Ermənistan davamlı inkişaf məqsədlərinə dair vədinə sadiq qaldı”, – deyə o bildirib.
Xarici işlər naziri çıxışında onu da qeyd edib ki, Ermənistan insan hüquqlarını və qanunun aliliyini qorumağa davam edir, sosial inklüzivliyə, gender bərabərliyinə və gənclərin imkanlarının təşviqinə töhfə verir.
Mirzoyanın fikrincə, insan ER hökumətinin 2030-cu ilə dair baxışında mərkəzi rol oynayır, gündəliyi həyata keçirmək üçün səy göstərir.
Xatırladaq ki, Mirzoyan dünən, iyulun 15-də ABŞ-a gedib.







