BaşlıcaSiyasət

Mərkəzi Kəşfiyyat İdarəsəi Ərdoğan hökumətinin 2016-cı il çevriliş cəhdi versiyasına inanmadı: Nordic Research Monitoring Network

Mərkəzi Kəşfiyyat İdarəsinin iki daxili mənbəsi Türkiyə hökumətinin 2016-cı ildə dövlət çevrilişi cəhdi ilə bağlı açıqlamasını şübhə alına alıb.

Tramp administrasiyasında Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru və dövlət katibi vəzifələrində çalışmış Mayk Pompeo keçən il nəşr olunan “ Never Give an Inch ” kitabında 2016-cı il iyulun 15-də baş vermiş hadisələri “iddia edilən çevriliş” adlandırıb və bunu şübhə altına alıb.

“Türkiyənin Qərblə güclü yaxınlaşması üçün hər cür əsası var və onu alqışlayan və bundan faydalanan əhali var. Lakin 2016-cı il ehtimal edilən “çevriliş”dən sonra prezident Ərdoğan tam islamçı-avtoritar oldu. Onunla, milli təhlükəsizlik müşaviri İbrahim Kalınla və kəşfiyyat rəisi Hakan Fidanla saysız-hesabsız saatlar keçirdim.

“2017-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsi direktoru kimi Türkiyəyə ilk dəfə səfər etdiyim zaman mənə çevriliş hadisələrini əks etdirən uzun video lenti göstərdilər. Aydın idi ki, Ərdoğan hökuməti xarici ziyarətçiləri 15 iyul hadisələri ilə bağlı haqlı olduqlarına inandırmaq üçün təbliğat materialı kimi hazırlayıb”- o deyib.

Daha çox göstər
Back to top button