BaşlıcaSiyasət

Milli azlıqlar haqqında qanun dövlət orqanları ilə maraqlı tərəflər arasında müzakirə edilib

Ədliyyə nazirinin müavini Karen Karapetyanın və ER parlamentinin insan hüquqlarının müdafiəsi və ictimaiyyətlə əlaqələr üzrə daimi komissiyasının sədr müavini Rustam Bakoyanın sədrliyi ilə “Milli azlıqlar haqqında” qanunun işçi müzakirəsi olub.

İştrakçıları salamlayaraq nazir müavini “Milli azlıqlar haqqında” qanun layihəsinin hazırlanması üzrə işlərin gedişini təqdim edib və qeyd edib ki, bu layihə milli azlıqların hüquqlarının reallaşdırılması üçün hüquqi təminatların yaradılmasına yönəlib. Nazir müavini layihənin təkmilləşdirilməsi üçün ER Milli Assambleyası ilə dialoqun vacibliyini də vurğulayıb.

Rustam Bakoyan icra və qanunvericilik orqanları arasında insan hüquqlarının müdafiəsi sahəsində sıx əməkdaşlığın vacibliyini vurğulayıb və səmərəli əməkdaşlığa görə Ədliyyə nazirliyinə təşəkkür edib.

Müzakirələr zamanı Avropa Şurasının Demokratiya və İnsan ləyaqəti baş idarəsinin müşavirləri qanun layihəsi ilə bağlı Venesiya Komissiyası və Avropa Şurası Baş direktorluğunun birgə rəyini təqdim etmiş, həmçinin qeyd olunan həll yolları ilə bağlı sualları cavablandırmışlar.

Tədbirdə iştirak edən ER parlament deputatları, aparat nümayəndələri və digərləri də qanun layihəsinə öz iradlarını bildirmişlər. Tədbirin sonunda qanun layihəsi ilə bağlı tövsiyələr ümumiləşdirilib və növbəti addımlar planlaşdırılıb.

Daha çox göstər
Back to top button