
Moskva ilə münasibətlərin soyuması fonunda Yerevan Moskvanın iştirak etdiyi inteqrasiya layihələrində iştirakdan faydalanmaqda davam edir və Rusiya Ermənistanın əsas ticarət tərəfdaşı olaraq qalır, Rusiyanın Ermənistandakı ticarət nümayəndəsi Anna Donçenko “İzvestiya”ya bildirib.
“Proporsional olaraq, İttifaqa üzv dövlətlər arasında Avrasiya inteqrasiyasından ən çox Ermənistan faydalanır. Ermənistan və Avrasiya İqtisadi Komissiyasının statistik komitələrinin məlumatına görə, respublika iqtisadiyyatının 35 faizi Aİİ-nin hesabına reallaşır”, – Anna Donçenko bildirib.
O əlavə edib ki, Rusiya, siyasi fikir ayrılıqlarına baxmayaraq, Ermənistanın ən böyük xarici ticarət tərəfdaşı olaraq qalır. 2023-cü ildə ölkələr arasında dövriyyə 7 milyard dolları ötüb. BƏƏ və Çin Yerevanın üç əsas ticarət tərəfdaşından biridir. 2023-cü ildə bütün Aİ ölkələri ilə ticarət prosesi 7,6 milyard dollara çatıb ki, bu da Rusiya ilə ixrac-idxal prosesi ilə müqayisə oluna bilər.







