
İyulun 16-da ER TŞ katibi Armen Qriqoryan ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya ilə görüşüb.
Pensilvaniyada Prezident Donald Trampa qarşı sui-qəsd cəhdini şərh edən Təhlükəsizlik Şurasının katibi həlak olanın ailəsinə başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb. A. Qriqroyan qeyd edib ki, zorakılığın istənilən təzahürü yolverilməzdir.
Görüşdə tərəflər Ermənistanda həyata keçirilən demokratik islahatlar prosesini müzakirə edib, polis, ədliyyə, korrupsiyaya qarşı mübarizə sahələrində artıq əldə edilmiş uğurları vurğulayıblar.
Yuxarıda qeyd olunanlar kontekstində və bir sıra digər istiqamətlərdə söhbətdə Ermənistan və ABŞ arasında ikitərəfli əməkdaşlığa toxunulub.
Bu əməkdaşlıq çərçivəsində Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi ABŞ-ın Ermənistanla əməkdaşlığın inkişafına dəstəyini vurğulayıb.







