BaşlıcaSiyasət

İoannisyan:  “Yeni Konstitusiyanın qəbulu 2027-ci ildən əvvəl baş verməyəcək, Müstəqillik Bəyannaməsinə istinad məsələsi müzakirə edilməyib”

“Məlumatlı Vətəndaşlar İttifaqı” QHT-nin rəhbəri Daniel İoannisyan “Facebook” sosial şəbəkəsindəki paylaşımında Konstitusiya İslahatları Şurasında Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı məsələyə toxunub.

Madam ki, çox soruşursunuz , deyim:

  1. Yeni Konstitusiyanın qəbulu 2027-ci ildən tez olmayacaq.

2. Şurada Konstitusiyanın Preambulasına və/və ya İstiqlal Bəyannaməsinə istinadla bağlı məsələ müzakirə olunmayıb və yaxın gələcəkdə də müzakirə olunmayacaq.

3.Şuranın bugünkü iclasında gələcək Konstitusiyanın modeli müzakirə olunub (bu, mikroreqlamentləri deyil, prinsipləri müəyyən edən olmalıdır).

4. Bugünkü iclasın videoyazısı yaxın vaxtlarda Ədliyyə Nazirliyi tərəfindən dərc olunacaq.

5. Qarşıdakı sessiyada sabit səs çoxluğu təmin edən normadan imtina məsələsi müzakirə olunacaq” – deyə o, qeyd edib.

Daha çox göstər
Back to top button