BaşlıcaSiyasət

Baş nazirin müavini Qriqoryan və səfir Kvin  Ermənistan-Amerika münasibətləri gündəliyinin məsələlərini müzakirə ediblər

Baş nazirin müavini Mher Qriqoryan Amerika Birləşmiş Ştatlarının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kvin qəbul edib.

ER Baş nazirinin müavini Mher Qriqoryanın   idarəsindən verilən məlumata görə, görüşdə Ermənistan-Amerika ikitərəfli münasibətlərinin gündəliyində duran məsələlər, o cümlədən USAİD-in Ermənistanda həyata keçirdiyi layihələr müzakirə olunub.

Tərəflər həmçinin regional hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.

Daha çox göstər
Back to top button