
Ermənistan Respublikası ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı) arasında “Universal Səhiyyə Proqramının həyata keçirilməsi” kredit sazişinin imzalanması gözlənilir. Bu müqavilə çərçivəsində Ermənistana 102 milyon avro dəyərində kredit ayrılması planlaşdırılır.
Bu barədə layihəni səhiyyə nazirinin birinci müavini Lena Nanuşyan təqdim edib.
“Kredit proqramının məqsədi hərtərəfli tibbi sığortanın tətbiqində Ermənistan Respublikasının Səhiyyə Nazirliyinə dəstək vermək, həmçinin ilkin tibbi yardımın keyfiyyətini və həyata keçirilməsini yaxşılaşdırmaq, ölkə səhiyyəsinin səmərəliliyini artırmaq, xərclərin azaldılması və əhali arasında səhiyyə xidmətlərindən istifadə üçün maliyyə maneələrinin azaldılmasıdır”, – Nanuşyan bildirib.







