
Yerevanın KTMT-yə üzvlüyü məsələsi müstəsna olaraq Ermənistan hökuməti tərəfindən həll edilir.
Bunu “Hetq” nəşrinə ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Üzra Zeya söyləyib.
“ABŞ Fransa kimi Ermənistanın müdafiə qabiliyyətinin inkişafı prosesinə və Silahlı Qüvvələrin islahatlarına dəstək verə bilərmi?”-deyə, yerli jurnalisitn verdiyi suala ABŞ rəsmisinin cavabı belə olub:
“Tərəfdaş Qartalı” hərbi təlimlərinə gəlincə, qeyd etmək istəyirəm ki, bu, müntəzəm təlimlərin keçirilməsinə, hazırlığın və qarşılıqlı fəaliyyətin artırılmasına, sülhməramlı fəaliyyətə yönəlmiş əvvəlcədən planlaşdırılmış təlimlərdir. Bu səylərə bizim Müdafiə Nazirliyimiz vasitəsilə ABŞ tərəfi rəhbərlik edir.
Biz müdafiə və mülki təhlükəsizlik sahəsində çoxillik səmərəli əməkdaşlığımızın dərinləşdiyini görürük. Müdafiə Nazirliyinin Dövlət Tərəfdaşlığı proqramı çərçivəsində Ermənistanla Kanzas Milli Qvardiyası arasında əməkdaşlığı qeyd etmək istərdim.
Daha bir sual: “Ermənistanın KTMT-yə üzv olması erməni-amerikan hərbi əməkdaşlığının dərinləşməsinə maneədirmi? Üzvlüyün ləğvi bu qarşılıqlı əlaqəni asanlaşdıra bilərmi?”
ABŞ DD yetkilisinin cavabı: “Yerevanın KTMT-yə üzvlük məsələsi müstəsna olaraq Ermənistan hökuməti tərəfindən həll edilir. Biz bu qərara hörmət edirik. Qeyd etməliyəm ki, müdafiə və mülki təhlükəsizlik məsələlərində əməkdaşlığımız dərinləşməkdə davam edir və Ermənistan KTMT-nin üzvü olaraq qalır.
Lakin Rusiyanın hərbi mövcudluğunun Cənubi Qafqazda regional sülh və sabitliyə töhfə verdiyinə dair heç bir arqument yoxdur”,-deyə Uzra Zeya qeyd edib.







