
Bu həftə Amerika və Ermənistan hərbiçiləri “Qartal tərəfdaşı 2024” proqramı çərçivəsində iğtişaşlara nəzarət və silahlarla tanışlıq təlimləri keçirib.
Bu barədə ABŞ-ın Avropadakı X komandanlığının təlimlərin fotolarını dərc edən mikrobloqunda qeyd olunub.
“Bu təlimlər eyni mühitdə yüksək intensivlikdə əməkdaşlıq etmək bacarığını nümayiş etdirir, hərbi hazırlığı, çevik reaksiya və operativ qarşılıqlı fəaliyyət qabiliyyətini artırır” – deyə idarənin bəyanatında bildirilir.
Xatırladırıq ki, iyulun 15-də ER Müdafiə nazirliyinin Vazgen Sarkisyan adına Hərbi akademiyasında “Qartal tərəfdaşı 2024” erməni-amerikan birgə təlimlərinin başlanması elan edilibdir.







