BaşlıcaSiyasət

İran səfiri: “Ermənistanda fars dilinə maraq xeyli artıb”

Ermənistan Respublikası hökuməti ölkədəki tələbələrin qonşu ölkələrin dillərindən birini öyrənməsi layihəsini təsdiqləyib və ölkədə fars dilinə maraq xeyli artıb.

Alınan məlumata görə, bu haqda  İran İslam Respublikasının Ermənistan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani iki ölkənin mədəniyyət və mədəniyyət və turizm sahəsində qarşılıqlı fəaliyyətindən danışan SNN agentliyinə müsahibəsində deyib.

Səfir Sobhan turizm sahəsində mühüm üstünlüklərdən birinin iki ölkə arasında viza rejiminin olmaması olduğunu və bunun iki ölkə vətəndaşlarının gediş-gəlişini asanlaşdırdığını vurğulayıb.

 “Ötən il İrana 161 min erməni səfər edib. Həmçinin müalicə turizmi və ya sağlamlıq turizmi üzərində işlədiyimiz sahələrdən biridir. Çoxlu sayda erməni müalicə üçün İrana gəlir və biz onlara ölkədə  yadellilərə xidmət göstərə biləcək xəstəxanaların siyahısını təqdim etmişik” – deyə səfir bildirib.

İki ölkə arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlıqdan danışan Mehdi Sobhani qeyd edib ki, təhsil sahəsində əldə olunan ən böyük nailiyyətlərdən biri Ermənistanda fars dilinin təbliğidir.

Fars dilinin tədris olunduğu 19 məktəbimiz var, 3000 şagird fars dilini öyrənir. “Səad Fondu və İranın mədəniyyət mərkəzləri ilə birlikdə biz lazımi kitablar və tədris avadanlıqları ilə təmin etmişik, həmçinin fars dili müəllimlərini Ermənistana göndərmişik” – deyərək səfir qeyd edib.

Daha çox göstər
Back to top button