BaşlıcaSiyasət

Çexiyanın AB-də olan nümayəndə heyəti: “Bu günün mühüm qərarları RF təzyiqlərinə baxmayaraq, demokratiya və islahatlar yolunu seçmiş ER-na dəstəkdir”

Bu yaxınlarda Avropa Birliyi Şurasının Xarici işlər nazirləri qərarlar qəbul ediblər, bununla bağlı ER Xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, bu, ER-AB tərəfdaşlığı üçün çox vacib mərhələdir.

 Bu haqda məlumatı ER Xarici işlər nazirliyi yayıb. “Avropa Sülh aləti çərçivəsində Ermənistana yardım və viza rejiminin liberallaşdırılması dialoqunun başlanması ilə bağlı Avropa Birliyinin Xarici işlər nazirləri səviyyəsində qəbul etdiyi tarixi qərarları alqışlayırıq.

 Bu  ER-AB tərəfdaşlığında çox mühüm mərhələdir, ümumi dəyərlər və prinsiplər, eləcə də sabitlik, sülh və rifah vizyonu üzərində dərinləşən tərəfdaşlıqdır.

 AB təsisatlarından və üzv dövlətlərdən olan həmkarlarıma səmimi qəlbdən təşəkkür edirəm” – deyərək bəyanatda qeyd olunub.

Bundan öncə xəbər vermişdik ki, Avropa Birliyi Nazirlər Şurası gündəliyə çıxarıb və gələn bazar ertəsi Avropa Komissiyasının Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlamaq təklifini nəzərdən keçirməlidir;

Mətn factor.am-ə məxsusdur.

Daha çox göstər
Back to top button