Başlıcaİctimaiyyət
Yaşamaq üçün dünyanın ən rahat şəhəri bəlli oldu

Vyana dünyanın yaşamaq üçün ən rahat şəhəri seçilib.
Bu barədə “Euronews” məlumat yayıb. Bildirilir ki, Vyananı təsvir etmək üçün bu kriteriyalar var: gözəl, tarixi, mənzərəli, mədəni.
Ardıcıl üçüncü ildir ki, Avstriyanın paytaxtı “The Economist”in illik Qlobal Yaşayış qabiliyyəti indeksinə daxil edilən 173 şəhər arasından dünyanın yaşamaq üçün ən əlverişli şəhəri seçilir. İkinci yerdə Kopenhagen (Danimarka) qərarlaşıb. İlk beşliyə həmçinin Sürix (İsveçrə), Melburn (Avstraliya), Kalqari (Kanada) və Cenevrə (İsveçrə) daxil olub.







